Bank Of Baku

İslam Partiyasının rəhbərliyi narazılarla görüşüb

İslam Partiyasının rəhbərliyi narazılarla görüşüb
# 14 may 2007 14:12 (UTC +04:00)
“Ötən həftə partiyanın rəhbərliyindən narazı olan Hacıqabul və Əli Bayramlı rayon təşkilatlarının sədrləri ilə görüşdük və mövqelərini öyrəndik. Onların diqqətinə çatdırdıq ki, qurultayda bütün məsələlər müzakirə ediləcək və fikirlərini aydın şəkildə hamının qarşısında söyləyə bilərlər”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan İslam Partiyasının (AİP) sədr müavini Vaqif Abdullayev deyib. O bildirib ki, narazıların tələbləri yerinə yetirilməsə də, problemlərin həlli istiqamətində bir sıra işlər görülüb. V. Abdullayev partiyanın qurultayına hazırlıqla bağlı AİP rəhbərliyinin iştirakı ilə bölgələrdə keçirilən görüşlərin davamlı olacağını da vurğulayıb: “Mayın əvvəlində şimal, ötən həftə isə cənub bölgəsində partiya üzvləri ilə görüşlərimiz oldu. Rayon təşkilatlarının hər birinə konfransların lazımi səviyyədə keçirilməsi üçün əlavə tapşırıqlar verildi. Hesab edirik ki, bütün məsələlərə qurultayda aydınlıq gələcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR