Bank Of Baku

Robin Sivord: “Azərbaycan həmişə digər millət və dinlərə qarşı tolerant münasibəti ilə şöhrət tapıb”

Robin Sivord: “Azərbaycan həmişə digər millət və dinlərə qarşı tolerant münasibəti ilə şöhrət tapıb”
# 14 may 2007 14:37 (UTC +04:00)
“Bir çox ölkələrdə tolerantlıq sahəsində dəyişikliklər müşahidə olunur, lakin Azərbaycan həmişə digər millət və dinlərə qarşı tolerant münasibəti ilə şöhrət tapıb”. Bu açıqlamanı APA-ya ATƏT-in Bakı Ofisinin rəhbəri Robin Sivord verib. O, tolerantlığın müxtəlif növ və səviyyələrinin olduğunu deyib: “Digər dinlərə qarşı tolerantlıq başqa şey, digər siyasi baxışlara dözümlülük isə başqa şeydir. Bu sahədə Azərbaycanda heç də hər şey əla deyil. Tolerantlıqla bağlı digər məsələlərdə, sərbəst toplaşmaq azadlığı və digər fundamental azadlıqlarla bağlı problemlər qalmaqdadır. Hesab edirəm ki, bu sahələrdə də hər şey yaxşılığa doğru dəyişəcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR