Bank Of Baku

ADP-nin növbəti qurultayının keçirilməsi üçün yer ayrılması xahişi ilə Bakı Şəhər İcra Hakimiyyətinə etdiyi müraciət araşdırılır

ADP-nin növbəti qurultayının keçirilməsi üçün yer ayrılması xahişi ilə Bakı Şəhər İcra Hakimiyyətinə etdiyi müraciət araşdırılır
# 14 may 2007 16:41 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) növbəti qurultayının keçirilməsi üçün yer ayrılması xahişi ilə Bakı Şəhər İcra Hakimiyyətinə (ŞİH) etdiyi müraciət araşdırılır. Bu barədə APA-ya Bakı ŞİH-in ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanov məlumat verib. Onun sözlərinə görə, partiyanın müraciətində bir neçə yer göstərilib. Şəhər rəhbərliyi mayın 27-də həmin zalların hansının boş olması və icarəyə verilməsi ilə bağlı danışıqlar aparır. Z. Ramazanov müraciət edilən yerlərin əksəriyyətinin Mədəniyyət Nazirliyinin tabeçiliyində olduğunu bildirib və partiyanın nazirliklə razılaşmasını vacib sayıb. Rəsul Quliyevin tərəfdarlarının Açıq Cəmiyyət Partiyasının təsisi zamanı ŞİH tərəfindən ayırdığı yerdə qurultay keçirdiyi zaman qarşılaşdıqları problemlərə aydınlıq gətirən Z. Ramazanov bildirib ki, burada ŞİH-in hər hansı məsuliyyəti yoxdur: “Onlar müraciətdə bir neçə yer göstərmişdilər və o yerlər icra hakimiyyətinin tabeçiliyində deyildi. Buna görə də bildirdik ki, yerin məxsus olduğu qurumla razılaşmalıdırlar. Onlar məhz Dövlət Neft Şirkətinin tabeçiliyində olan Mədəniyyət Mərkəzi ilə razılaşacaqlarını dedilər və biz həmin yerdə qurultayın keçirilməsinə razılıq verdik. Sonradan yaranmış problemlərin İcra Hakimiyyətinə aidiyyəti yoxdur”. Z. Ramazanov qısa müddətdə ADP-yə cavab veriləcəyini qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR