Bank Of Baku

NATO neft ölkələrinə mümkün terror hücumlarından müdafiə üçün yardım təklif edib

NATO neft ölkələrinə mümkün terror hücumlarından müdafiə üçün yardım təklif edib
# 15 may 2007 08:21 (UTC +04:00)
Hərbi alyans bu tip müəssisələri terror təhlükəsindən qorumaq üçün şirkət və ölkələrə çevik əməliyyat qüvvələri təklif edib. APA-nın məlumatına görə, NATO nümayəndəsi Ceymi Şea bəyan edib ki, hərbi alyansın çevik əməliyyat qüvvələri Afrika, Asiya və Yaxın Şərq ölkələrində neft müəssisə və kəmərlərini terror hücumundan müdafiə işində yardım göstərə bilər. Artıq hərbi alyans yardımla bağlı Royal Dutch Shell Plc və bp şirkətləri ilə danışıqlar aparıb, hər iki şirkət bu məsələ ilə bağlı yardımı qəbul etməyə razılıq verib. NATO hazırda neft infrastrukturunun mühafizəsinə yardım üçün Qatarla danışıqlar aparır, qurum analoji danışıqları Səudiyyə Ərəbistanı və digər ölkələrlə də aparmaq niyyətindədir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR