Bank Of Baku

Rəsul Quliyevin təşəbbüsü ilə keçiriləcək Milli Forumun gündəliyi müəyyənləşməyib

Rəsul Quliyevin təşəbbüsü ilə keçiriləcək Milli Forumun gündəliyi müəyyənləşməyib
# 15 may 2007 09:25 (UTC +04:00)
Rəsul Quliyevin təşəbbüsü ilə keçiriləcək Milli Forumun gündəliyi hələlik müəyyənləşməyib. Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Akif Şahbazovun APA-ya verdiyi məlumata görə, buna səbəb forumda iştirak edəcək siyasi qüvvləlrlə ümumi müzakirələrin aparılmamasıdır. O, forum iştirakçıları ilə məsləhətləşmələrdən sonra gündəliyin müəyyənləşəcəyini deyib. Partiya sədri mayın 25-nə təyin olunmuş foruma Azərbaycanda fəaliyyət göstərən ictimai-siyasi təşkilatların əksəriyyətinin qatılacağını bildirib. O, forumda demokratik seçkilərin keçirilməsi ilə bağlı mümkün addımların atılması, müxalifətin birgə fəaliyyəti, hazırkı durumdan çıxış yolları, 2008-ci il prezident seçkiləri ilə bağlı müzakirələrin aparılması təklifi ilə çıxış edəcəyini vurğulayıb: “Amma son qərar ümumi müzakirədən sonra qəbul olunacaq və müzakirə aparılacaq məsələ ilə bağlı sonda qətnamə qəbul ediləcək”. A. Şahbazov hələlik YAP nümayəndələrinin foruma dəvət olunmadığını və bunun səbəbini YAP üzvləri ilə görüşün baş tutmaması ilə izah edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR