Bank Of Baku

Kanadanın xarici islər naziri 20 Yanvar faciəsini sovet ordusunun törətdiyi cinayət adlandırıb

Kanadanın xarici islər naziri 20 Yanvar faciəsini sovet ordusunun törətdiyi cinayət adlandırıb
# 17 may 2007 09:20 (UTC +04:00)
Kanada Azərbaycan Dərnəkləri Federasiyasından APA-ya verilən məlumata görə, P. Makkay 20 Yanvar faciəsi ilə əlaqədar federasiyanın prezidenti Əkbər Məcidova məktub göndərib. Məktubda nazir Kanada hökumətinin 20 yanvar hadisələrinə münasibətini açıqlayıb. Onun sözlərinə görə, 20 Yanvar faciəsi ilə bağlı tarixi qeydlər göstərir ki, keçmiş Sovet İttifaqının təhlükəsizlik qüvvələri sivil və silahsız insanlara qarsı cinayət törədiblər: “Bu hadisələr Azərbaycan tarixinin qara səhifələrindən birini təşkil edir. 20 Yanvar hadisəsinin qurbanları ölkələrinin müstəqilliyi üçün göstərdikləri qəhrəmanlığa görə heç vaxt unudulmamalıdırlar”.
Qeyd edək ki, Kanada Azərbaycan Dərnəkləri Federasiyasının təşəbbüsü ilə qurulan Türk Dünyası Diaspora Təşkilatlarının Koordinasiya Mərkəzi bu il yanvar ayının əvvəlində 20 yanvar faciəsinə siyasi qiymət verilməsi məqsədilə Kanadanın bas naziri Stiven Harperə ünvanlanan acıqcalar nəsr etdirərək bu istiqamətdə genişmiqyaslı kampaniya başlatmışdı. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR