Bank Of Baku

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Ümumdünya İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş ümumrespublika toplantısı keçirib

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Ümumdünya İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş ümumrespublika toplantısı keçirib
# 17 may 2007 15:27 (UTC +04:00)
APA-Economics”in məlumatına görə, toplantıda çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov görüləcək tədbirlər nəticəsində yaxın 10-15 ildə Azərbaycanın informasiya texnologiyaları sahəsindən əldə olunan gəlirlərin neft gəlirləri ilə bərabərləşə biləcəyini bildirib. Buna nail olmaq üçün bir necə böyük layihənin həyata keçirilməsinin nəzərdə tutulduğunu deyən nazir bunlardan birinin ölkədə regional innovasiya zonalarının yaradılması olduğunu söyləyib. Artıq bununla bağlı konsaltinq şirkətin hazırladığı təkliflər ölkə prezidentinə təqdim edilib: “Bu təkliflərdə prezidentin tövsiyələri də əksini tapıb. Təkliflər qəbul olunsa, informasiya texnologiyaları sahəsinin inkişafının yeni mərhələsi başlayacaq”. Nazir elektron hökumətin qurulması üçün aparılan işlərin əsas mərhələsinin başlamaq üzrə olduğunu da qeyd edib. Bu məqsədlə artıq Azərbaycanla Koreya arasında ikitərəfli müqavilə bağlanıb. İnformasiya infrastrukturunun modernləşdirilməsi istiqamətində aparılan danışıqlar da onu göstərir ki, bir necə ildən sonra Azərbaycanın istənilən bölgəsində informasiyaya çıxış, sərbəst biznesə və s. imkan yaranacaq”.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov isə bildirib ki, “Elektron hökumət” proqramı yeni icra edilməyə başlananda respublika üzrə ATS-lərin elektronlaşdırma səviyyəsi 50%, Bakı üzrə 57,8%, respublika üzrə sabit telefon şəbəkəsinin tutumu 1,23 min nömrə, mobil abunəçilərin sayı 1,7 milyon nəfər, hər 100 nəfərə düşən mobil telefonların sayı 20 ədəd, kompüterlərin sayı 1,5 ədəd, İnternet klubların sayı 450, İnternet provayderlərin sayı 15 olub. İndi isə respublika üzrə ATS-lərin elektronlaşdırma səviyyəsi 76,1%, Bakı üzrə 84,4%, mobil abunəçilərin sayı 3 milyon nəfərdən çox, hər 100 nəfərə düşən kompüterin sayı 6 ədəd, İnternet klubların sayı 900, İnternet proveyderlərinin sayı 30-dur. Nazir müavini bildirib ki, 2006-cı ildə rabitə sahəsinə ümumi investisiya qoyuluşu 221,9 milyon manat təşkil edib ki, bunun da 80,8 milyon manatını xarici investisiya təşkil edir.
Tədbirdə RİTN-in yeni İnternet portalının təqdimatı da keçirilib. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR