Bank Of Baku

İKT Xarici İşlər Nazirləri Şurası Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından öz qoşunlarını dərhal çıxarmağı tələb edib

İKT Xarici İşlər Nazirləri Şurası Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından öz qoşunlarını dərhal çıxarmağı tələb edib
# 17 may 2007 14:33 (UTC +04:00)
Azərbaycanın Pakistandakı səfirliyinin müşaviri Sabir Rzayevin APA-ya verdiyi məlumata görə, konfransın yekun sənədi olan bəyannamədə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından öz qoşunlarını dərhal və qeyri-şərtsiz çıxarılması barədə müddəa salınıb. Bundan başqa İKT Xarici İşlər Nazirləri Şurası Azərbaycana dair 3 qətnamə qəbul edib. Onlardan biri Ermənistanın Azərbaycana qarşı işğalını, digəri işğal olunan torpaqlarda mədəni abidələrin dağıdılmasını pisləyən qətnamələrdir, üçüncü qətnamə isə iqtisadi sahəni əhatə edir. Toplantıda qurumun adının dəyişəcəyi gözlənilsə də, bu məsələyə növbəti konfranslarda baxılacaq. İKT Xarici İşlər Nazirləri Şurasının növbəti iclası gələn il Uqandada keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR