Bank Of Baku

Prokuror Abbas Lisaniyə 2 il iş istəyib

Prokuror Abbas Lisaniyə 2 il iş istəyib
# 17 may 2007 14:38 (UTC +04:00)
Bu gün Təbriz şəhər Məhkəməsində İrandakı azərbaycanlıların hüquqları uğrunda mübarizə aparan Abbas Lisaninin məhkəmə prosesi davam etdirilib. Məhbusun həyat yoldaşı Ruqəyya Lisani APA-ya açıqlamasında bildirib ki, prokuror Abbas Lisaniyə 2 il iş istəyib. O, A. Lisaninin bu gün evə zəng etdiyini də deyib: “Abbas məhkəmənin qanun pozuntuları ilə keçdiyini söylədi. Bundan başqa, mənə dedi ki, Ərdəbil həbsxanasından Təbriz Məhkəməsinə qədər onu əlləri, ayaqları qandallı və gözləri bağlı vəziyyətdə aparıblar. Hətta ona vəkili ilə danışmağa da icazə verməyiblər”. Mayın 19-da A. Lisani ilə görüşmək üçün həbsxanaya gedəcəyini söyləyən R. Lisani beynəlxalq təşkilatları məsələyə müdaxilə etməyə çağırıb: “İran hakimiyyətinə dəfələrlə müraciət etsək də, məsələyə münasibət bildirilməyib. Əksinə, ailəsinə və yaxın qohumlarına qarşı təqib və təzyiqlər başlanıb. Abbasın qardaşı, bacısı oğlu və digər yaxın qohumları və dostları hüquq-mühafizə orqanlarına çağırılaraq, təzyiqlərə məruz qalıblar”. Xatırladaq ki, A. Lisani 2006-cı ilin noyabrında tutularaq barəsində cinayət işi qaldırılıb. O, İranın dövlət quruluşuna qarşı fəaliyyətdə və milli ədavətin qızışdırılmasında ittiham edilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR