Bank Of Baku

Güney Azərbaycan Milli Oyanış Hərəkatının Bakı bürosu İran səfirliyi qarşısında piket keçirəcək

Güney Azərbaycan Milli Oyanış Hərəkatının Bakı bürosu İran səfirliyi qarşısında piket keçirəcək
# 17 may 2007 14:43 (UTC +04:00)
Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Bakı bürosu mayın 24-də İranın Azərbaycandakı səfirliyi qarşısında piket keçirəcək. GAMOH Bakı bürosunun mətbuat xidmətinin rəhbəri Ağrı Qaradağlı APA-ya açıqlamasında bildirib ki, aksiya 2006-cı il mayın 22-də bu ölkənin azərbaycanlılar yaşayan şəhərlərində baş verən hadisələrlə bağlı olacaq. Onun sözlərinə görə, analoji aksiyalar qurumun fəaliyyət göstərdiyi bütün ölkələrdə mövcud olan İran səfirlikləri qarşısında təşkil ediləcək. Aksiyalarda dünya birliyindən 2006-cı ilin may-iyun aylarında İranın azərbaycanlılar yaşayan şəhərlərində baş verən olaylara siyasi qiymət verilməsi tələb olunacaq və beynəlxalq təşkilatlardan azərbaycanlıların haqlarının qorunması tələb ediləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR