Bank Of Baku

“Azadlıq” bloku kütləvi aksiyalar keçirmək niyyətində deyil

“Azadlıq” bloku kütləvi aksiyalar keçirmək niyyətində deyil
# 17 may 2007 16:12 (UTC +04:00)
“Azadlıq” bloku bu mərhələdə kütləvi aksiyalar keçirmək niyyətində deyil. Bu barədə APA-ya AXCP-nin sədr müavini Həsən Kərimov məlumat verib. Onun sözlərinə görə, hazırda AXCP-nin qurultayına hazırlıq prosesi getdiyi üçün blokun aksiyalar təyin etmək üçün vaxtı yoxdur. H. Kərimov partiyanın qurultayını yüksək səviyyədə keçirmək niyyətində olduqlarını deyərək buna görə də üzvlərin diqqətini digər məsələlərə yönəltmək istəmədiklərini söyləyib. O, AXCP-nin yeni qərargahla təmin olunması tələbi ilə Dövlt Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin binası qarşısında aksiya keçirməyəcəklərini də vurğulayıb: “Biz bu işi yalnız hüquqi müstəvidə aparacağıq. Hazırda sənədlər yenidən məhkəməyə hazırlanır”. H. Kərimov blokun və AXCP-nin Müsavat Partiyasının keçirdiyi aksiyalarda iştirak etməyəcəyini də bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR