Bank Of Baku

Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı məsələ mayın 30-da Strasburqda müzakirə ediləcək

Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı məsələ mayın 30-da Strasburqda müzakirə ediləcək
# 17 may 2007 16:56 (UTC +04:00)
Bu barədə APA-ya Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məlumat verib. Onun sözlərinə görə, Avropa Şurasının Venesiya Komissiyası ilə birlikdə aparılacaq müzakirələrdə Seçki Məcəlləsinə təklif olunan əlavə və dəyişikliklər müzakirə ediləcək. M. Pənahov müzakirələrdə onunla bərabər Azərbaycandan bu məsələ ilə bağlı işçi qrupun digər üzvlərinin də iştirak edəcəyini deyib. MSK sədri “Azadlıq” blokunun Seçki Məcəlləsinə dəyişikliklə bağlı Venesiya Komissiyasına göndərdiyi təkliflərin də müzakirə ediləcəyini söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR