Bank Of Baku

QDİƏT rəhbərliyi iyunun 25-də keçiriləcək sammitdə iştirak üçün prezident İlham Əliyevə dəvət məktubu göndərib

QDİƏT rəhbərliyi iyunun 25-də keçiriləcək sammitdə iştirak üçün prezident İlham Əliyevə dəvət məktubu göndərib
# 18 may 2007 08:39 (UTC +04:00)
Bu barədə APA-ya Prezident Aparatı beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov verib. O, Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının işində aktiv fəaliyyət göstərdiyini xatırladıb: “Biz bu təşkilatın aktiv üzvlərindən biriyik. Sammitin təşkilatçıları dövlət başçısı İlham Əliyevə tədbirlə bağlı rəsmi dəvət göndərib, prezident çox böyük ehtimalla bu sammitə qatılacaq. Sammitdə çoxlu sayda görüşlər müzakirələr nəzərdə tutulub. Sammit Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 15 illiyinə həsr olunub, bu səbəbdən sammitə çoxsaylı qonaqlar dəvət edilib və hər kəs bu tədbirə ciddi maraq göstərir”. Qeyd edək ki, bu il Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yaradılmasının 15 ili tamam olur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR