Bank Of Baku

Yaqub Abbasov: “Seçki qanunvericiliyinə dəyişiklik olmasa da, Rəsul Quliyev seçkiyə qatılacaq”

Yaqub Abbasov: “Seçki qanunvericiliyinə dəyişiklik olmasa da, Rəsul Quliyev seçkiyə qatılacaq”
# 18 may 2007 10:34 (UTC +04:00)
“Rəsul Quliyevin tərəfdarlarının mayın 25-də keçirilən forumunda 2008-ci il prezident seçkilərinin boykot edilməsi ilə bağlı qərar qəbul oluna bilər. Onların forumun yekunu ilə bağlı hazırladıqları sənəddə azad seçki üçün şərait yaradılmasa, seçkilərin boykot oluna bilməsi ilə bağlı tezis var”. Bunu APA-ya açıqlamasında millət vəkili Pənah Hüseyn bildirib. Onun sözlərinə görə, Açıq Cəmiyyət Partiyasının (ACP) rəhbərliyi forumun yekunları ilə bağlı memorandum hazırlayıb və hazırda həmin sənədin digər müxalifət partiyaları ilə razılaşdırılması prosesi gedir. Seçkiləri boykot etməyin gündəmə gətirilməsinin əleyhinə olduğunu bildirən P. Hüseyn hesab edir ki, bu müxalifətin ümumi fəaliyyətinə ziyandır: “Azərbaycandakı siyasi proseslərin necə inkişaf edəcəyi müxalifətin fəaliyyətindən irəli gələn məsələdir. Seçkilərdə iştirak həm də demokratik mühitin yaranması uğrunda mübarizənin forma və üsullarından biridir. Buna heç də demokratiyanın imitasiyası və iqtidarın siyasi oyunlarında iştirak kimi baxmaq lazım deyil. Bu fikri bildirənlər ifrata varırlar. Məhz seçki prosesində iştirak etməklə onun demokratik, yoxsa qeyri-demokratik olmasını sübut etmək olar”.
ACP-nin İdarə Heyətinin üzvü Yaqub Abbasov isə APA-ya açıqlamasında R. Quliyevin istənilən halda seçkiləri boykot etməyəcəyini və forumda boykotla bağlı qərarın qəbul olunmayacağını bildirib: “Forumun gündəliyi hələlik müəyyənləşməyib. Amma təxmini bilinir ki, burada 2008-ci il seçkiləri ilə bağlı da müzakirələr olacaq ki, bu da müxalifətin vahid mövqedən çıxış etməsi, demokratik şəraitin yaradılması istiqamətində birgə addımların atılması ilə bağlı olacaq. Biz 2008-ci il prezident seçkilərini boykotun tərəfdarı deyilik. Seçkiyə hələ çox var və indidən boykot qərarı qəbul etmək olmaz. Biz seçkilərə kimi şəraitin dəyişməsinə nail ola biləcəyik. Beynəlxalq təşkilatlar da seçkilərdə iştirakı vacibliyini vurğulayır. Ona görə də seçki qanunvericiliyinə dəyişiklik olmasa da, seçkiyə qatılacağıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR