Bank Of Baku

Ukrayna GUAM çərçivəsində nəqliyyat layihələrinin gerçəkləşdirilməsində aktiv iştirak edəcək

Ukrayna GUAM çərçivəsində nəqliyyat layihələrinin gerçəkləşdirilməsində aktiv iştirak edəcək
# 18 may 2007 13:58 (UTC +04:00)
GUAM çərçivəsində bir sıra perspektivli nəqliyyat layihələri həyata keçirilir, Ukrayna bu layihələrdə aktiv iştirak etmək niyyətindədir. APA-nın məlumatına görə, bu fikirləri Ukrayna prezidenti Viktor Yuşşenko Kiyev vilayətində keçirilən investisiya forumunda çıxışı zamanı söyləyib. Yuşşenkonun sözlərinə görə, bu layihələrin məqsədi Cənubi Qafqaz respublikaları Azərbaycan, Ermənistan və Gürcüstanı Ukrayna ilə nəqliyyat baxımından yaxınlaşdırmaqdır. O, GUAM çərçivəsində gerçəkləşdiriləcək layihələr çərçivəsində Kerç-Poti bərə daşımaları xəttinin istifadəyə veriləcəyini, Azərbaycandan keçərək Qara dəniz və Türkiyəyə qədər uzanacaq dəmiryolu xəttinin çəkiləcəyini deyib. Yuşşenko bu layihələr gerçəkləşdikdən sonra Ukraynanın liman regionlarının əhəmiyyətinin artacağını bildirib və sərmayədarları bu layihələrə kapital yatırmağa çağırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR