Bank Of Baku

Abbas Lisaninin vəkili onun azadlığa buraxılacağına inanır

Abbas Lisaninin vəkili onun azadlığa buraxılacağına inanır
# 18 may 2007 14:47 (UTC +04:00)
“Ümid edirik ki, Təbriz şəhər Məhkəməsi Abbas Lisaniyə bəraət verəcək”. Bu sözləri APA-ya açıqlamasında İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın liderlərindən biri olan Abbas Lisaninin vəkili Məhəmmədrza Fəqihi deyib. Vəkil bildirib ki, mayın 16-da keçirilən məhkəmə iclasında A. Lisaninin azadlığa buraxılması haqda vəsatət qaldırıb. O, hakimin ədalətli mövqe tutacağına əmin olduğunu vurğulayıb: “Mənim təqdim etdiyim vəsatət və Abbas Lisaninin müvafiq müraciəti baxılmaq üçün hakim tərəfindən qəbul olundu. Amma İran qanunlarına görə qərar məhkəmə zalında verilmir. Yəqin ki, iki həftə ərzində məhkəmənin qərarı bəlli olacaq və Abbas Lisani azadlığa çıxacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR