Bank Of Baku

Minskdə MDB-yə üzv dövlətlərin Mədəni Əməkdaşlıq Şurasının XXII iclası başlayıb

Minskdə MDB-yə üzv dövlətlərin Mədəni Əməkdaşlıq Şurasının XXII iclası başlayıb
# 21 may 2007 12:36 (UTC +04:00)
Bu gün Belarusun Minsk şəhərində MDB-yə üzv dövlətlərin Mədəni Əməkdaşlıq Şurasının XXII iclasına start verilib. İclas MDB-yə üzv dövlətlərin Mədəni Əməkdaşlıq Şurasının sədri mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi altında keçirilir. Nazirliyin mətbuat katibi İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, iclas zamanı bir sıra məsələlər, o cümlədən dövlətlərarası mədəni münasibətlərin vəziyyəti və təşkilata daxil olan ölkələr arasında mədəni əməkdaşlığın fəaliyyət mexanizmlərinin müasirləşdirilməsi, Rusiya Federasiyasının Mədəniyyət və kinematoqrafiya agentliyinin saytında mədəniyyət və turizm sahəsində yüksək səviyyədə mütəxəssislərin hazırlanması və mübadilələrin aparılması üçün MDB-yə iştirakçı-dövlətlərin informasiya bölməsinin yaradılması, MDB-yə üzv dövlətlərin Humanitar Əməkdaşlıq haqqında Sazişin həyata keçirilməsi məsələləri müzakirə olunacaq. Azərbaycan tərəfindən birlik ölkələrinin Kulinariya festivalının keçirilmə yerinin müəyyənləşdirilməsi və təşkili məsələsinə növbəti iclas zamanı baxılması, MDB-nin Mədəniyyət paytaxtının seçilməsi məqsədilə namizəd şəhərlər üçün kriteriyaların müəyyənləşdirilməsi, birlik ölkələrinin xalq tətbiqi sənəti sahəsində I yarmarkasının keçirilmə yerinin müəyyənləşdirilməsi və təşkili məsələsinə növbəti iclas zamanı baxılması təklifləri irəli sürüləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR