Bank Of Baku

MDB hökumət başçılarının Yalta görüşünün gündəliyinə 25 məsələ daxil edilib

MDB hökumət başçılarının Yalta görüşünün gündəliyinə 25 məsələ daxil edilib
# 21 may 2007 13:39 (UTC +04:00)
APA-nın məlumatına görə, gündəliyə 25 məsələ daxil edilib. Müzakirə olunacaq məsələlər arasında ümumelektroenerji bazarının formalaşması haqqında, bədən tərbiyəsi və idman sahəsində, kollektiv sülhməramlı qüvvələr personalının sosial-hüquqi təminatları haqqında, birgə film istehsalı və digər sazişlər var. MDB hökumət başçıları həmçinin quş qripinin yayılmasının qarşısının alınması, dövlət və ictimai teleradiotəşkilat rəhbərləri Şurasının yaradılması, maliyyə xarakterli bir sıra məsələ, həmçinin Şuranın növbəti iclasının tarixi və sədrlik məsələsi müzakirə olunacaq. Moldovanın təklifi ilə gündəliyə 2008-ci ildə Kişinyovda MDB ölkələrinin VII beynəlxalq idman oyunlarının keçirilməsi, MDB İcra Komitəsinin təklifi ilə isə 2008-2010-cu illər üçün cinayətkarlıq və narkotiklərin, psixotrop maddələr və prekursovların qeyri-qanuni dövriyyəsi ilə birgə mübarizəyə dair dövlətlərarası proqram layihəsinin hazırlanması məsələləri daxil edilib. Şuraya hazırda Tacikistanın baş naziri Akil Akilov rəhbərlik edir. Mayın 25-də bu vəzifənin Ukraynaya keçəcəyi gözlənilir./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR