Bank Of Baku

Rusiya İranı təcrid etməyin əleyhinədir

Rusiya İranı təcrid etməyin əleyhinədir
# 21 may 2007 14:16 (UTC +04:00)
Rusiya İran ətrafında vəziyyətin gərginləşməməsi və bütün məsələlərin dialoq yolu ilə həllində təkid edir. APA-nın xəbərinə görə, bunu Azərbaycan XİN-də keçirilən brifinqdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O, İranı təcrid etmək və nüvə proqramı ilə bağlı situasiyadan başqa məqsədlərlə istifadə etməyin yanlış olduğunu və nəticə verməyəcəyini bildirib. Nazir İran və Azərbaycanla Xəzəryanı dövlətlərin qarşılıqlı fəaliyyəti çərçivəsində də əməkdaşlıq etdiklərini xatırladıb: “Xəzərdə qarşılıqlı fəaliyyətlə bağlı bir sıra sənədlər, o cümlədən statusa dair konvensiya hazırlanır. Bu, sadə proses deyil və kompromis axtarılmalıdır. Biz - Bakı və Moskva buna hazırıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR