Bank Of Baku

Mərkəzi Seçki Komissiyası üçün yeni binanın tikintisinə başlanılıb

Mərkəzi Seçki Komissiyası üçün yeni binanın tikintisinə başlanılıb
# 21 may 2007 15:00 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə MSK-nın sədri Məzahir Pənahov məlumat verib. Onun sözlərinə görə, S. S. Axundov küçəsi 3/23-də, Binəqədi rayonu ərazisində ayrılmış yerdə tikiləcək bina 10 mərtəbəli olacaq. O, 2008-ci il prezident seçkilərinə kimi binanın tikintisinin başa çatacağını və MSK-nın həmin binaya köçəcəyini bildirib. M. Pənahov həmçinin, MSK-nın Dairə Seçki Komissiyalarında (DSK) apardığı yoxlamaların nəticələrini açıqlayıb. Onun sözlərinə görə, monitorinq nəticəsində 125 DSK-nın yalnız 21-də normal iş şəraiti üçün binanın olduğu aşkar edilib. Məsələ ilə bağlı Prezident Aparatına müraciət etdiklərini bildirən M. Pənahov bu problemin həll edilmək üzrə olduğunu deyib. Onun sözlərinə görə, hazırda 52 DSK üçün yeni binanın tikilməsinə başlanılıb, 16 DSK-nın binası ilə bağlı proyekt hazırlanıb, 22 DSK-nın yerləşdiyi binada otaqların sayı artırılıb və hazırda təmir işləri aparılır, 6 DSK-ya isə yeni bina verilib. M. Pənahov 4 DSK-ya yer ayrıldığını, lakin təmir işlərinin aparılmadığını, 4 DSK ilə bağlı isə hələlik heç bir tədbirin görülmədiyini qeyd edib. M. Pənahov DSK-ların mebel, seyf, soyuducu, televizor, kompüter, faks aparatı, printer və digər avadanlıqlarla təchiz olacağını bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR