Bank Of Baku

MSK Azərbaycan üzrə seçici siyahılarını təsdiq edib

MSK Azərbaycan üzrə seçici siyahılarını təsdiq edib
# 21 may 2007 15:03 (UTC +04:00)
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, iclasda qurumun aprelin 26-da keçirilmiş iclasının protokolu təsdiqlənib. Toplantıda həmçinin seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı prosesin sona çatması haqda müzakirələr aparılıb. MSK sədri Məzahir Pənahov bildirib ki, dəqiqləşdirmələr nəticəsində seçicilərin sayının 4 milyon 683 min 400 nəfər olduğu müəyyənləşib. O, ötən illə müqayisədə seçicilərin sayının 82 min 500 nəfər artdığını qeyd edib. Yeni seçicilərin təxminən 45 mini kişi, 37 mini qadındır. M. Pənahov Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq bu ilin yanvarın 5-dən seçici siyahılarının dəqiqləşdirilməsi prosesi başladığını qeyd edib. MSK sədri seçici siyahılarının sabah MSK-nın rəsmi saytına yerləşdiriləcəyini deyib. Müzakirələrdən sonra seçici siyahıları təsdiq olunub.
İclasda həmçinin, 97 saylı Goranboy-Ağdam, 52 saylı Quba, 53 saylı Quba-Qusar, 91 saylı Ucar Dairə Sçeki Komissiyalarının tərkibində dəyişiklik olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR