Bank Of Baku

ADP qurultay üçün yer ayrılması ilə bağlı dövlət qurumlarına yenidən müraciət edib

ADP qurultay üçün yer ayrılması ilə bağlı dövlət qurumlarına yenidən müraciət edib
# 21 may 2007 15:50 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) rəhbərliyi növbəti qurultayının keçirilməsinə yer ayrılması ilə bağlı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin rəisi Aydın Bəşirova müraciət edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bunu onlara Bakı Şəhər İcra Hakimiyyəti (ŞİH) təklif edib. ADP-nin yerlə bağlı müraciətinə mənfi cavab verən Bakı ŞİH müraciətdə göstərilən yerlərin məhz bu qurumların tabeçiliyində olduğu bildirilib və buna görə də əvvəlcə onlarla razılaşmaq təklif edilib. ADP rəhbərliyi Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan Rəşid Behbudov adına Mahnı Teatrı, Azərbaycan kinoteatrı və Akademik Dram Teatrının, Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin tabeçiliyində olan Dənizçilərin Mədəniyyət Sarayının zallarından birinin qurultay üçün ayrılmasını xahiş edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR