Bank Of Baku

Elmar Məmmədyarov Fransa Senatının üzvü Ambruaz Düponun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Elmar Məmmədyarov Fransa Senatının üzvü Ambruaz Düponun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
# 22 may 2007 08:02 (UTC +04:00)
Dünən xarici işlər naziri Elmar Məmmədyarov Fransa Senatının üzvü, Fransa-Azərbaycan dostluq qrupunun sədri Ambruaz Düponun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-in Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, senator A. Düpon Azərbaycana səfərindən və keçirdiyi görüşlərdən məmnun qaldığını bildirib. Qonaq Fransa ilə Azərbaycan arasında əsasən iqtisadi əlaqələr müstəvisində yüksələn xətlə inkişaf edən əməkdaşlığın əhəmiyyətini qeyd edib və qarşılıqlı münasibətlərin gələcəkdə daha da təşəkkül tapacağına inandığını vurğulayıb.
Azərbaycanla Fransa arasında mövcud qarşılıqlı şəkildə faydalı əməkdaşlığın gələcəkdə də genişləndirilməsinin vacibliyini qeyd edən E. Məmmədyarov iki ölkə arasında münasibətlərin parlamentlərarası əlaqələr səviyyəsində də uğurla inkişaf etdiyindən məmnun olduğunu söyləyib. Nazir Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar və bu prosesdə Minsk Qrupunun həmsədri kimi Fransanın fəal iştirakını qeyd edib. O, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulayıb. Daha sonra regionun iqtisadi inkişafında Azərbaycanın rolu və əhəmiyyəti barədə söz açan E. Məmmədyarov Fransa nümayəndə heyətini maraqlandıran sualları cavablandırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR