Bank Of Baku

Rusiya XİN başçısı: “Biz ətrafımızda qaynar nöqtələrin və gərginlik ocaqlarının olmasında maraqlı deyilik”

Rusiya XİN başçısı: “Biz ətrafımızda qaynar nöqtələrin və gərginlik ocaqlarının olmasında maraqlı deyilik”
# 22 may 2007 14:35 (UTC +04:00)
APA-nın məlumatına görə, S. Lavrov görüşdə bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 15, dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında sazişin imzalanmasının isə 10 illiyinin qeyd olunduğunu bildirib: “Rusiya ilə Azərbaycan arasında müstəqil dövlətlər kimi əlaqələrin qurulması postsovet məkanında siyasi və iqtisadi qeyri-sabitlik dövrünə təsadüf edib. İki ölkənin prezidentlərinin səyi nəticəsində səmərəli əməkdaşlığa mail olmaq mümkün olub”. Rusiyanın Azərbaycanın aparıcı ticarət partyorlarından olduğunu deyən S. Lavrov bu il elektroenergetika, nəqliyyat, maşınqayırma, əlvan metallurgiya, bank və digər sahələrdə iki ölkə arasında layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb. Beynəlxalq münasibətlərə toxunan Rusiya XİN başçısı ölkəsinin hər hansı yeni qarşıdurmaya cəlb olunmasına imkan verməyəcəyini söyləyib: “Biz bütün ölkələrin qloballaşdırma prosesində eyni hüquqa malik olmasının tərəfdarıyıq”. Avropada raket hücumundan müdafiə sisteminin yerləşdirilməsi məsələsinə münasibət bildirən S. Lavrov Rusiyanın bütün təhlükələrə qarşı həmişə birgə mübarizə aparmağın tərəfdarı olduğunu qeyd edib: “Lakin ABŞ-ın raket hücumundan müdafiə sisteminin Avropada yerləşdirilməsi ilə bağlı birtərəfli qərarının biz Rusiya və bütün Avropa üçün risk olduğunu düşünürük”. Rusiya XİN başçısı münaqişələrin həlli məsələsinə də toxunub: “Böhran və münaqişələri dialoq yolu ilə həll etmək lazımdır, ayrı-ayrı ölkələri və münaqişə tərəflərini təcrid etmək çıxış yolu deyil. Biz ətrafımızda qaynar nöqtələrin və gərginlik ocaqlarının olmasında maraqlı deyilik”.
MDB-nin fəaliyyətindən də bəhs edən S. Lavrov Rusiyanın qurumun formalaşması prosesinin davam etdirilməsinin, müasir tələblərə adaptasiyasının tərəfdarı kimi çıxış etdiyini vurğulayıb.
Qeyd edək ki, görüşdən sonra S. Lavrov Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovla birlikdə müqəddəs “Jen Mironostev” kilsəsinə baş çəkib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR