Bank Of Baku

Moskva Azərbaycanda bir Rusiya telekanalının, Rusiyada isə bir Azərbaycan telekanalının yayımlanmasını təklif edib

Moskva Azərbaycanda bir Rusiya telekanalının, Rusiyada isə bir Azərbaycan telekanalının yayımlanmasını təklif edib
# 22 may 2007 10:22 (UTC +04:00)
“Aprelin 9-da biz Azərbaycana Rusiya telekanallarının qarşılıqlı əsasda həlli ilə bağlı nota vermişik. Notada bildirilir ki, Azərbaycanda bir Rusiya kanalı, Rusiyada isə bir Azərbaycan kanalı yayımlansın”. APA-nın xəbərinə görə, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakı Dövlət Universitetinin tələbələri ilə görüşündə deyib. O bildirib ki, Rusiya Azərbaycanın müvafiq qurumlarına araşdırma apararaq öz mövqelərini bildirməyi təklif edib: “Biz televiziya strukturları arasındakı münasibətləri bazar münasibətləri səviyyəsinə çatdırmaq cəhdlərini anlayışla qarşılayırıq. Nəzərə almaq lazımdır ki, televiziya təkcə humanitar yox, həm də kommersiya layihəsidir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR