Bank Of Baku

Azərbaycanın xarici işlər naziri sabah Türkmənistana rəsmi səfərə gedir

Azərbaycanın xarici işlər naziri sabah Türkmənistana rəsmi səfərə gedir
# 22 may 2007 13:17 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sabah Türkmənistana birgünlük rəsmi səfər edəcək. Xarici İşlər Nazirliyinin Mətbuat Mərkəzinin rəhbəri Xəzər İbrahim APA-ya bildirib ki, E. Məmmədyarov səfər çərçivəsində Türkmənistan prezidenti Qurbanqulu Berdımuxammedov və bu ölkənin xarici işlər naziri Rəşid Meretovla görüşlər keçirəcək. Danışıqlarda ikitərəfli əlaqələrin vəziyyəti, regional məsələlər və Xəzərdə əməkdaşlığın perspektivləri müzakirə ediləcək.
Qeyd edək ki, bu il Türkmənistan prezidentinin də Azərbaycana rəsmi səfəri gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR