Bank Of Baku

2006-cı ilin may-iyun aylarında İranın azərbaycanlılar yaşayan şəhərlərində baş verən hadisələrlə bağlı dəyirmi masa keçirilib

2006-cı ilin may-iyun aylarında İranın azərbaycanlılar yaşayan şəhərlərində baş verən hadisələrlə bağlı dəyirmi masa keçirilib
# 22 may 2007 14:15 (UTC +04:00)
Dünya Azərbaycanlıları Konqresinin (DAK) Regionlararası Koordinasiya Mərkəzinin təşəbbüsü ilə 2006-cı ilin may-iyun aylarında İranın azərbaycanlılar yaşayan şəhərlərində baş verən hadisələrlə bağlı dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, DAK-ın Regionlararası Koordinasiya Mərkəzinin Azərbaycan bölməsinin sədri İsmayıl Ağayev tədbirdə həmin hadisələrə hüquqi-siyasi qiymət verilməsinin vacibliyini vurğulayıb. DAK sədrinin müavini Eldar Qaradağlı isə baş verənlərə dəstək verməməkdə Azərbaycanın diaspora təşkilatlarını ittiham edib: “Hərəkat üzvlərinin böyük hissəsi həbs olunub, onlarla azərbaycanlı isə şəhid olub. Biz isə bütün bunların müqabilində birləşə bilmədik və Güney Azərbaycan türklərini dəstəkləmədik”. Bu məsələdə o, Azərbaycanın dövlət qurumlarını da günahlandırıb. DAK Məclisinin sədri Sabir Rüstəmxanlı da diaspora təşkilatlarını fəaliyyətsizlikdə qınayıb: “Dünyada fəaliyyət göstərən diaspora təşkilatları təşkilatlanmış şəkildə güneyli soydaşlarımıza dəstək verməli idi”. Güney Azərbaycan Araşdırma Mərkəzinin rəhbəri Şövkət Tağıyeva isə aksiyalar zamanı çəkilən videokadrların dünyaya yayılmasının zəruriliyini vurğulayıb. Onun sözlərinə görə, bununla Güney Azərbaycanda baş verənləri dünya ictimaiyyətinin diqqətinə çatdırıla bilər. Tədbirin sonunda dəyirmi masa iştirakçıları adından dünya ictimaiyyətinə müraciət edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR