Bank Of Baku

Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev: “Hələlik böhtanla bağlı maddə Cinayət Məcəlləsində qalmalıdır”

Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev: “Hələlik böhtanla bağlı maddə Cinayət Məcəlləsində qalmalıdır”
# 23 may 2007 10:40 (UTC +04:00)
Buna görə də onlara qarşı qanun çərçivəsində tədbir görülür. Qəzetlərin bağlanılması məsələsindən söhbət gedə bilməz. “Gündəlik Azərbaycan” qəzetinə qarşı heç bir təzyiq yoxdur, sadəcə, nazirlik tərəfindən yoxlama aparılıb, binanın təhlükəsizliyi məsələsi araşdırılıb. O binadan təkcə “Gündəlik Azərbaycan” qəzeti deyil, daha 6-7 təşkilat çıxarılıb. Buna görə də bu məsələyə siyasi don geyindirmək ədalətsizlikdir”. APA-nın məlumatına görə, bunu Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev deyib. “Diffamasiya haqqında” qanunun qəbulu ilə bağlı məsələyə toxunan R. Mehdiyev Azərbaycanın Cinayət Məcəlləsində böhtanla bağlı maddənin təsbit olunduğunu xatırladıb: “Məncə, bu maddə hələlik qalmalıdır”. Beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələsinə toxunan R. Mehdiyev “Biz beynəlxalq təşkilatlarla çox yaxşı əməkdaşlıq edirik. Əgər hansısa təçkilat hesab edirsə ki, onlara qarşı hörmətsizlik edilir, o zaman onlar ilk növbədə öz hərəkətlərinə baxmalıdırlar. Azərbaycana müxtəlif formalarda təzyiq göstərməyə ehtiyac yoxdur, biz belə addımları qəbul etmirik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR