Bank Of Baku

ADP Ali Məclisinin rəhbərliyinə seçkilər keçiriləcək

ADP Ali Məclisinin rəhbərliyinə seçkilər keçiriləcək
# 11 iyun 2007 13:21 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyası (ADP) iyunun 23-də Ali Məclisin rəhbərliyini müəyyənləşdirəcək. Partiya sədrinin müavini Həsrət Rüstəmovun APA-ya verdiyi məlumata görə, həmin gün keçiriləcək Ali Məclisin iclası ADP-nin qurultayından sonra keçirilən ilk iclas olacaq. İclasda təşkilati məsələlər və ictimai-siyasi vəziyyət müzakirə ediləcək. H. Rüstəmov iclasda Ali Məclisin sədrinin və sədr müavininin seçiləcəyini qeyd edib. Hələlik bu postlara namizədlərin olmadığını deyən sədr müavini onların iclasın gedişində müəyyənləşəcəyini bildirib. Hər posta bir namizəd olacağı halda səsvermə açıq, iki və daha artıq namizəd olacağı halda isə gizli keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR