Bank Of Baku

Əli Əhmədov: “Seçkidə uğur qazanmağın səbəbi nə qanunda, nə də komissiyalardadır”

Əli Əhmədov: “Seçkidə uğur qazanmağın səbəbi nə qanunda, nə də komissiyalardadır”
# 11 iyun 2007 13:39 (UTC +04:00)
“Seçkilərin nəticələrinin kimlərisə təmin etməməsi seçki qanunvericiliyinin və seçki komissiyalarının tərkibinin dəyişməsi üçün əsas ola bilməz. Mövcud Seçki Məcəlləsi ədalətli, demokratik seçkilərin keçirilməsi üçün zəruri hüquqi bazanı yaradır”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, partiyanın icra katibi Əli Əhmədov bildirib. Qanunda yalnız bəzi texniki düzəlişlər edilməsinə ehtiyacın olduğunu deyən Ə. Əhmədov bu sənəd hazırlanarkən bir çox məsələlərin nəzərə alındığını qeyd edib. Məcəllədə prinsipial dəyişikliklərə ehtiyac görməyən Ə. Əhmədov hesab edir ki, hər seçki ərəfəsində qanun dəyişdirilərsə, artıq bu, qanun sayılmayacaq: “1998-ci ildən bəri Azərbaycanda bütün seçkilər ərəfəsində qanunun dəyişdirilməsi tələbi irəli sürülüb. Belə təsəvvür yaranır ki, kimlərsə seçki qanunvericiliyi, komissiyaların tərkibini müəyyən bir kombinasiyada yaratmaq hesabına seçkidə uğur qazanmaq istəyir. Bu istək Azərbaycanın daxilində də, beynəlxalq təşkilatlarda da var. Biz bunun qəti şəkildə əleyhinəyik. Hazırkı qanun seçki prosesində iştirak edən tərəflər üçün bərabər imkan yaradır. Əgər müəyyən çətinliklər varsa, bu hamıya eyni dərəcədə şamil edilir”. Ə. Əhmədovun fikrincə, müxalifət qanunun dəyişməsi hesabına seçkidə uğur qazanmaqla əlaqədar indiyə qədər beyinlərində möhkəmlənmiş təsəvvürləri dəyişdirməlidir: “Seçkidə uğur qazanmağın səbəbi nə qanunda, nə də komissiyalardadır. Bunun səbəbləri insanların inamı və dəstəyindədir. Yalnız komissiyalara ümid olaraq seçkidə nəticə əldə etmək eşqinə düşənlər ciddi səhvlərə yol verirlər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR