Bank Of Baku

Müsavat Partiyası Qəbələ RLS-in ləğvini təklif edir

Müsavat Partiyası Qəbələ RLS-in ləğvini təklif edir
# 11 iyun 2007 14:58 (UTC +04:00)
Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda partiyadaxili vəziyyət, ictimai siyasi durum və cari məsələlər müzakirə edilib. Müsavat Məclisinin növbəti iclasının iyunun 30-də keçirilməsi qərara alınıb. Partiya jurnalistlərin iyunun 12-ə planlaşdırdıqları yürüş-mitinqin təyin olunan yerdə keçirilməsinə icazə verməməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin qərarını pisləyib. Müsavatın mayın 27-nə təiyn etdiyi yürüş-mitinqin vaxtının da birtərəfli olaraq dəyişdirildiyi qeyd edilib. Partiya Divanı “Böyük səkkizliyin” sammitində Rusiya prezidenti Vladimir Putinin Qəbələ RLS-i ABŞ-la birgə istifadə etmək təklifi də müzakirə edilib. Partiya Azərbaycanın maraqlarına uyğun gələn ən real variantın RLS-nin ləğv edilməsində görür. Müsavat Rusiya ilə ABŞ arasında RLS ilə bağlı danışıqların başlayacağı halda Azərbaycanın tərəf kimi bu prosesdə iştirakını vacib sayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR