Bank Of Baku

Vyanada Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə ilə bağlı fövqəladə konfrans başlayıb

Vyanada Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə ilə bağlı fövqəladə konfrans başlayıb
# 12 iyun 2007 10:50 (UTC +04:00)
Bu gün Vyanada Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə (AASQM) ilə bağlı fövqəladə konfrans başlayıb. XİN-in Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, konfransda Azərbaycanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı nümayəndəsi də iştirak edir. Üç gün davam edəcək tədbir bağlı qapılar arxasında keçirilir.
Xatırladaq ki, AASQM SSRİ-nin parçalanması ərəfəsində - 1990-cı ildə Parisdə imzalanıb. Müqavilənin yeni reallıqlar nəzərə alınaraq yenilənmiş (adaptasiya olunmuş) variantı 1999-cu ildə ATƏT-in İstanbul sammitində imzalanıb. Adaptasiya olunmuş sənəd bütün ATƏT ölkələri üçün açıq elan edilsə də, onu yalnız 4 ölkə - Rusiya, Belarus, Qazaxıstan və Ukrayna imzalayıb. Gürcüstan və Moldova Rusiya qoşunlarının ərazilərindən çıxmasını tələb edərək sənədi imzalamaqdan imtina ediblər. Buna görə NATO ölkələri də müqavilənin qüvvəyə minməsini əngəlləyirlər. Bir sıra Şərqi Avropa ölkələrinin NATO-ya qəbulu ilə qüvvələr balansını nəzərdə tutan müqavilənin əsas prinsipi mənasını itirib. Müqavilədən yalnız informasiya mübadiləsi və inspeksiyalar keçirilməsi məqsədilə istifadə edilir. Vyana toplantısı ərəfəsində Rusiya AASQM-nin faydasını artırmaq üçün öz təkliflərinin iştirakçılara təqdim edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR