Bank Of Baku

Müsavat Məclisində boş qalmış yerlərə qurumun növbəti iclasında seçkilər keçirilməyəcək

Müsavat Məclisində boş qalmış yerlərə qurumun növbəti iclasında seçkilər keçirilməyəcək
# 12 iyun 2007 12:35 (UTC +04:00)
Müsavat Partiyasının Məclisində boş qalmış yerlərə qurumun növbəti iclasında seçkilər keçirilməyəcək. Məclis sədri Sülhəddin Əkbərin APA-ya verdiyi məlumata görə, hazırda qurumun 142 üzvü var və 24 yer boşdur. Ötən iclasda boş yerlərə seçkilərin keçirildiyini xatırladan S. Əkbər 28 yerdən yalnız 4-nə üzv seçildiyini bildirib: “Məclisin əsasnaməsinə görə, bu quruma seçkilər ardıcıl olaraq iki iclasda ola bilməz. Buna görə də, boş yerlərə seçkilər iyunun 30-dakı iclasdan sonrakı sessiyada keçiriləcək”. S. Əkbər Məclisin iclasının gündəlik layihəsinin hazırlandığını bildirib. Onun sözlərinə görə, iclasda rayon təşkilatlarının yeni sədrlərinin Məclis üzvlüyü təsdiqlənəcək, komissiyaların fəaliyyəti və ictimai-siyasi vəziyyətlə bağlı müzakirələr aparılacaq. O, Məclis üzvləri tərəfindən təklif olunacağı halda 2008-ci il prezident seçkilərinə hazırlıqla bağlı məsələnin də gündəliyə salınacağını istisna etməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR