Bank Of Baku

2006-cı ildə hərbi büdcənin artım həcminə görə Azərbaycan dünya dövlətləri arasında liderdir

2006-cı ildə hərbi büdcənin artım həcminə görə Azərbaycan dünya dövlətləri arasında liderdir
# 12 iyun 2007 12:45 (UTC +04:00)
Pekin ötən il silah alınması üçün 50 milyard dollar pul xərcləyib. Beynəlxalq silah bazarında liderlik isə ABŞ-a məxsusdur. Pentaqon 2006-cı ildə silah alınması üçün 528 milyard dollar sərf edib. ABŞ-ın hərbi xərclərinin artması İraq və Əfqanıstanda keçirilən hərbi əməliyyatlarla bağlıdır. Silah-sursat və hərbi texnologiyalar almaq üçün sərf olunan xərclərin həcminə görə sonrakı yerləri Britaniya, Fransa, Çin və Yaponiya tutur. Rusiya 2006-cı ildə silah almağa 34,7 milyard dollar xərcləyib. Ötən ilin yekunlarına görə, dünyanın əsas silah idxalçıları Çin və Hindistan, əsas satıcıları isə ABŞ və Rusiyadır. Dünyanın on əsas silah idxalçılarından beşi Yaxın Şərq ölkələridir. Ümumilikdə son bir il ərzində silah satışının həcmi 3 faiz artıb. SİPRİ analitikləri bildirir ki, dünya mətbuatı Rusiyanın İrana silah satması faktına diqqət ayırsalar da, ABŞ və Avropa ölkələrinin İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə satdığı silahın həcmi daha çox olub. 2007-ci ilin əvvəllərində ABŞ, Rusiya, Fransa, Böyük Britaniya və Çin ümumilikdə 26 min nüvə başlığına malik olublar. SİPRİ-nin hesabatına görə, ötən il hərbi büdcənin artım həcminə görə Azərbaycan və Belarus dünya dövlətləri arasında ilk yerləri tutur. Ötən il Azərbaycanın hərbi büdcəsi 82 faiz, Belarusun hərbi büdcəsi isə 56 faiz artıb. Rusiyanın hərbi büdcəsi isə 1998-ci ilə nisbətən 155 faiz artıb. 2005-2006-cı illərdə hərbi büdcənin ən çox artımı Şərqi Avropada qeydə alınıb. Bu regionda hərbi büdcənin ümumi həcmi 12 faiz artıb. Ekspertlərin hesablamalarına görə, 2006-cı ildə hərbi məqsədlər üçün 900 milyard dollardan çox vəsait sərf olunub. Bu, orta hesabla dünyanın hər bir sakininə 137 avro dəyərində hərbi xərc düşməsi deməkdir. Son on il ərzində bütün dünya ölkələrinin məcmu hərbi büdcəsi 37 faiz artaraq 1,2 trilyon dollara çatıb. Hərbi büdcənin həcminə görə ilk yeri ABŞ tutur. Bu ölkə 2005-ci ildə hərbi xərclər üçün 505 milyard, 2006-cı ildə isə 529 milyard dollar vəsait sərf edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR