Bank Of Baku

ASDP heç bir bloka qoşulmayacaq

ASDP heç bir bloka qoşulmayacaq
# 12 iyun 2007 13:08 (UTC +04:00)
“Müxalifət düşərgəsində vahid namizəd və yaxud birlikdə seçkiyə getməklə bağlı deyilənlər xalqın ağzına saqqız verməkdən başqa heç nə deyil”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə deyib. Onun sözlərinə görə, ASDP siyasi fəaliyyətini təkbaşına aparmaq fikrindədir və müxalifət düşərgəsində yaradılacaq hər hansı birlikdə təmsil olunmaq istəyində deyil. Hazırda təmsil olunduqları müxalifətin yeni alyansının məşvərətçi qurum olduğunu xatırladan A. Əlizadə ASDP-nin heç bir birliyə və bloka qoşulmamaqla bağlı qərarının olduğunu diqqətə çatdırıb: “Hazırda təmsil olunduğumuz qurumdakı münasibətlər məsləhətləşmələr səviyyəsindədir. Bu nə birlik, nə də blok deyil və bunların hansınasa çevrilməsi ehtimalı da yoxdur. Çünki əvvəlcədən bu barədə razılaşma olub ki, qurum bloka və ya birliyə çevrilməsin”. A. Əlizadə ASDP-nin təşəbbüsü ilə hər hansı birliyin yaratmaq fikrində olmadıqlarını da vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR