Bank Of Baku

Ramiz Həsənov MDB dövlətlərinin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının sədri seçilib

Ramiz Həsənov MDB dövlətlərinin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının sədri seçilib
# 12 iyun 2007 14:05 (UTC +04:00)
MDB dövlətlərinin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının Düşənbədə keçirilmiş 31-ci toplantısında Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin (SMPDA) baş direktoru Ramiz Həsənov təşkilatın sədri seçilib. Bu barədə “APA-Economics”ə SMPDA-dan məlumat verilib.
İclasda Azərbaycan, Belarus, Gürcüstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan və Ukraynanın müvafiq qurumlarının rəhbərləri, o cümlədən, İSO-nun prezidenti Hakan Murby, CENELES təşkilatından Con Eçanov, Böyük Britaniyadan Vladimir Yakubov, Slovakiyadan Suzanna Tsıganova, Stanislay Duris, Polşadan Zigmunt Nieçoda müşahidəçi kimi iştirak ediblər.
Toplantıda texniki tənzimləmə sahəsində, standartlaşdırma, metrologiya, uyğunluğun təsdiqi və akkreditasiyası (iş təcrübəsi və informasiya materiallarının mübadiləsi) sahəsində görülən işlər, 12 aprel 2007-ci il müşavirəsinin MDB-nin hökumətlərarası orqanların işlərin effektivliyinin yüksəldilməsində nəticələri, “Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində razılaşdırılan siyasətin keçirilməsi” barədə Protokolunun müzakirəsi, 5-7 noyabr 2007-ci ildə Cenevrədə standartlaşdırma və normativ tənzimləmə məsələlərində əməkdaşlıq sahəsində 17-ci sessiyasında Dövlətlərarası Standartlar Şurasının iştirakı müzakirə olunub. Göstərilən xidmət və keyfiyyət sahəsindəki müvəffəqiyyətə görə MDB-nin hökumət başçılarının təsis etdiyi MDB mükafatlarının verilməsi şərtləri və tələblərinə cavab verən, müsabiqədə iştirak edən iddiaçılara münasibət bildirilib. Azərbaycanın “Azersun Holding” Şirkətlər Qrupu bu müsabiqənin 2-ci mərhələsini müvəffəqiyyətlə keçib. İclasda beynəlxalq və milli orqanlarda, təşkilatın fəaliyyətində məhsuldar iştirak edən mütəxəssislərin mükafatlandırılması məsələsinə də baxılıb. Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyindən 1 nəfər MDB icra komitəsinin katibinin imzası ilə təsdiq olunan fəxri fərmanla, 15 nəfər Dövlətlərarası Standartlar Şurasının yaradılmasının 15 illiyinə həsr olunan yubiley medalı, 2 nəfər isə “Xidmətlərinə görə” nişanı ilə mükafatlandırılıb. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR