Bank Of Baku

Fazil Qəzənfəroğlu və Sabir Rüstəmxanlı ATƏT-in Bakı ofisinin rəhbəri ilə görüşüblər

Fazil Qəzənfəroğlu və Sabir Rüstəmxanlı ATƏT-in Bakı ofisinin rəhbəri ilə görüşüblər
# 12 iyun 2007 14:18 (UTC +04:00)
Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Qəzənfəroğlu və Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı ATƏT-in Bakı ofisinin rəhbəri Xose-Luis Herrero ilə görüşüblər. F. Qəzənfəroğlunun APA-ya verdiyi məlumata görə, görüş ATƏT nümayəndələrinin təşəbbüsü ilə keçirilib. Görüşdə BQP və VHP ilə ATƏT-in Bakı ofisinin arasında əməkdaşlığın qurulması ilə bağlı müzakirələr aparılıb: “Biz ATƏT sədri ilə siyasi partiyaların görüşünə həm VHP-nin, həm də BQP-nin dəvət edilməməsi ilə bağlı mənfi münasibətimizi bildirdik və qeyd etdik ki, bu tipli münasibətlər demokratik prinsiplər əsasında qurulmalıdır. Onlar isə partiyaların bu görüşə dəvət olunmamasında anlaşılmazlıq olduğunu bildirdilər”. F. Qəzənfəroğlu BQP və VHP-nin ATƏT-in Bakı ofisi ilə əməkdaşlıq edəcəyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR