Bank Of Baku

İrqçilik və dözümsüzlüyə qarşı Avropa komissiyası Gürcüstandakı azərbaycanlıların cəmiyyətə inteqrasiyasında problemlər olduğunu bildirir

İrqçilik və dözümsüzlüyə qarşı Avropa komissiyası Gürcüstandakı azərbaycanlıların cəmiyyətə inteqrasiyasında problemlər olduğunu bildirir
# 12 iyun 2007 14:24 (UTC +04:00)
İrqçilik və dözümsüzlüyə qarşı Avropa komissiyası Gürcüstanla bağlı ikinci məruzəsini açıqlayıb. APA-nın Avropa Şurasının mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, məruzədə Gürcüstan əhalisinin 16,7 faizinin etnik azlıqlardan ibarət olduğu bildirilir. Bunlardan 6,5 faizi azərbaycanlılar, 5,7 faizi ermənilər, 1,5 faizi ruslar, 0,9 faizi osetinlər, 0,4 faizi yezidlər, 0,3 faizi isə yunanlardır. Sənəddə azərbaycanlıların əsasən Gürcüstanın cənub-şərqindəki Kvemo Kartli bölgəsində yaşadıqları xatırladılır: “Böyük azərbaycanlı və erməni icmalarının yaşadığı Kvemo Kartli və Samtsxe-Cavaxetiya regionlarında insanlar praktik olaraq gürcü dilində danışmır və əsasən rus dilindən istifadə edirlər. Gənc nəsil isə nə rus, nə gürcü dilini bilir və yalnız milli dildə ünsiyyət qurur. Bunun nəticəsində dil baryeri və informasiyasızlıq yaranır. Azərbaycanlı və erməni icmaları Azərbaycan və Ermənistan kütləvi informasiya vasitələrinin xəbərlərindən daha çox istifadə edirlər, bu isə onların Gürcüstan cəmiyyətinə inteqrasiyasına mane olur”. Məruzədə azərbaycanlıların və ermənilərin sosial-iqtisadi infrastrukturun müasir tələblərə cavab verməməsindən də şikayətləndikləri bildirilir. Sənəddə o da qeyd olunur ki, SSRİ-nin dağılmasından sonra torpaq bölgüsü zamanı bəzi azərbaycanlılar torpaqsız qalıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR