Bank Of Baku

Azərbaycanda kommunist yönümlü partiyaların birliyi yaradıla bilər

Azərbaycanda kommunist yönümlü partiyaların birliyi yaradıla bilər
# 12 iyun 2007 15:51 (UTC +04:00)
“Ramiz Əhmədovun səhhətində yaranan problem partiyanın fəaliyyətində axsamalara səbəb olsa da, qurum iflic olmayıb”. Azərbaycan Kommunist Partiyasının (AKP) sədr müavini Rüstəm Şahsuvarlı APA-ya bildirib ki, partiyada parçalanmanın yaranması haqda deyilənlər əsassızdır. O, partiyadakı süstlüyü aradan qaldırmaq üçün qurultayın keçirilməsini zəruri hesab etdiyini də deyib: “Bu il qurultay keçiriləcək. Amma məlum səbəblərdən gecikir. Bu üzdən də bir qədər narahatlıq yaranıb”. R. Şahsuvarlı Azərbaycanda kommunist yönümlü partiyaların birliyinin yaradılmasından da danışıb: “Bu məsələ həmişə gündəmdədir. Amma partiyalar arasında rəsmi danışıqlar aparılmayıb. Lakin kommunist yönümlü partiyalar arasında bu məsələ müzakirə edilib. Fikrimcə, müzakirələri intensivləşdirsək, hər hansı bir nəticəyə nail olmaq olar”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR