Bank Of Baku

Ərzurumda “Türk-erməni münasibətləri” adlı II beynəlxalq konfrans keçiriləcək

Ərzurumda “Türk-erməni münasibətləri” adlı II beynəlxalq konfrans keçiriləcək
# 13 iyun 2007 08:46 (UTC +04:00)
İyunun 21-22-də Türkiyənin Ərzurum şəhərində “Türk-erməni münasibətləri” adlı II beynəlxalq konfrans keçiriləcək. APA-nın məlumatına görə, Azərbaycanı bu toplantıda Milli Məclisin üzvü Qənirə Paşayeva və AMEA-nın Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov təmsil edəcəklər. Q. Paşayevanın APA-ya verdiyi məlumata görə, konfransda dünyanın müxtəlif yerlərindən Avropa Birliyinə üzv ölkələrdən və ABŞ-dan mütəxəssislər, tarixçilər, elm adamları iştirak edəcək. Konfransı keçirməkdə məqsəd ermənilərin qondarma “soyqırım” iddialarının yalan olmasını üzə çıxarmaq, tarixi sənədlərə əsaslanaraq nə baş verdiyini müzakirə etməkdi: “Tədbirin Ərzurumda keçirilməsi təsadüfi deyil. Burada 1915-ci ildə ermənilər türklərə qarşı çox böyük qətliamlar törədib, orada çoxlu toplu məzarlıqlar aşkarlanıb və bu proses hələ də davam edir”. Deputat həmçinin bildirib ki, konfransa Ermənistanda və dünyanın müxtəlif yerlərində yaşayan erməni alim və mütəxəssisləri də dəvət alıblar, lakin bu günə kimi onlar tədbirdə iştirak edəcəklərini təsdiqləməyiblər: “Onlar mütəxəssislər səviyyəsində bu məsələnin müzakirəsindən hər zaman yayınırlar. Çünki bilirlər ki, uydurduqları yalan və iftiralar üzə çıxacaq”. Q. Paşayevanın sözlərinə görə, konfransın bir bölümü Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, tarixən ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı, Dağlıq Qarabağ münaqişəsi və dünyadakı reallıqların müzakirəsinə həsr olunacaq: “Hər iki mövzu ilə bağlı çıxışlar edəcəyik, xəritələr və lazımi materiallar paylayacağıq ki, əcnəbi qonaqlar bu məsələ ilə bağlı daha bilgili olsunlar”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR