Bank Of Baku

Ağ Ev Putinin Qəbələ RLS-lə bağlı təklifini konstruktiv addım sayır

Ağ Ev Putinin Qəbələ RLS-lə bağlı təklifini konstruktiv addım sayır
# 13 iyun 2007 08:49 (UTC +04:00)
O bildirib ki, artıq raketdən müdafiə sistemi mövzusunda danışıqlar üçün əsas yaranıb: “Bildiyiniz kimi, “böyük səkkizlər”in sammitinə qədər Rusiya raketdən müdafiə sistemi ilə bağlı istənilən məsələnin əleyhinə çıxırdı. İndi aydın olur ki, belə deyil və biz də bunu irəliyə doğru addım sayırıq. Biz buna oyun kimi yox, hamının təhlükəsizliyini təmin edəcək ən yaxşı sistemin axtarışında konstruktiv cəhd kimi baxırıq”. T. Snou yaxın həftələrdə Corc Buş və Vladimir Putinin ABŞ-da yenidən görüşəcəklərini və bu məsələni də müzakirə edəcəklərini bildirib. O, nazirlər və milli təhlükəsizlik üzrə müşavirlər səviyyəsində də məsləhətləşmələr keçiriləcəyini açıqlayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR