Bank Of Baku

ABŞ Dövlət Departamenti: “Azərbaycan trafikinq qurbanlarının daşınmasında tranzit ərazi kimi istifadə olunur”

ABŞ Dövlət Departamenti: “Azərbaycan trafikinq qurbanlarının daşınmasında tranzit ərazi kimi istifadə olunur”
# 13 iyun 2007 09:00 (UTC +04:00)
APA-nın məlumatına görə, hesabatın Azərbaycana həsr olunan hissəsində bildirilir ki, bu ölkə insanların kommersiya məqsədilə başqa ölkələrə daşınması üçün tranzit ərazi kimi istifadə olunur: “Azərbaycandan qadınlar Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinə seksual istismar məqsədilə, kişilər isə ucuz işçi qüvvəsi kimi aparılır. Azərbaycandan uşaqlar Türkiyəyə cinsi istismar, Rusiyaya isə fiziki işlərdə istifadə etmək üçün aparılır. Azərbaycan həmçinin Özbəkistan, Qırğızıstan və Moldovadan trafikinq qurbanlarının Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinə daşınması üçün tranzit ərazi kimi istifadə edilir. Azərbaycan hökuməti insanların trafikinq qurbanı olmasının qarşısını almaq üçün mexanizmlər həyata keçirməli, insan alveri faktlarının araşdırılması, insan alverçilərinin cəzalandırılması işini təkmilləşdirməlidir”. Hesabatda bildirilir ki, rəsmi Bakı insan alverinə qarşı mübarizəyə dair qanunvericiliyi təkmilləşdirib: “Azərbaycan hökumətinin trafikinq qurbanlarının hüquqlarının müdafiəsi sahəsində gördüyü işlər də təqdirəlayiqdir. Hökumətin qarşısında duran əsas məsələlərdən biri trafikinq qurbanlarının aşkarlanması üçün ümummilli proseduru inkişaf etdirmək durur. Hökumət bu problemlə bağlı mütəmadi monitorinqlər keçirir, Təhsil Nazirliyi isə orta məktəblərdə maarifləndirmə işi aparır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR