Bank Of Baku

ABŞ səfirinin müavini Don Lu: “Azərbaycan insan alverinə qarşı mübarizə aparmaq üçün öhdəlik götürdüyünü açıq bəyan edib”

ABŞ səfirinin müavini Don Lu: “Azərbaycan insan alverinə qarşı mübarizə aparmaq üçün öhdəlik götürdüyünü açıq bəyan edib”
# 13 iyun 2007 09:15 (UTC +04:00)
ABŞ Ədliyyə Departamenti bu ölkənin Azərbaycandakı səfirliyi və Amerika Hüquqşünaslar Assosiasiyası (ABA CEELİ) ilə birgə QHT-lər üçün “Azərbaycanda insan alveri qurbanlarına xidmətlərin göstərilməsi” mövzusunda texniki seminar keçirib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfirinin müavini Don Lu insan alverini müasir quldarlığın bir növü adlandırıb. Diplomat deyib ki, hər il dünyada minlərlə insan məcburi əmək və ya seksual istismar məqsədi ilə insan alverinin qurbanı olur: “Azərbaycan insan alverinə qarşı mübarizə aparmaq üçün öhdəlik götürdüyünü açıq bəyan edib. “İnsan alverinə qarşı mübarizə haqqında” Qanun və Milli Tədbirlər Planı qəbul edib. Qurbanlara xüsusi yardım və xidmətlər verilməsini təmin edən addımlar atılıb”. D. Lu qeyd edib ki, hər il ABŞ Dövlət Departamenti insan alverinə və hökumətlərin bu problemlərin aradan qaldırılmasında gördüyü işlər barədə hesabatını açıqlayır. 2007-ci il üçün İnsan alverinə dair hesabat isə dünən açıqlanıb. ABA CEELİ-nin rəhbəri Frenk Hespe isə deyib ki, hüquqi sistem və QHT-lərin köməyi olmadan insan alverinə qarşı mübarizə aparmaq mümkün deyil. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR