Bank Of Baku

Gürcüstan parlamentinin komissiya sədri: “Münasibətlərə kölgə salmamaq üçün Əliabad kəndindəki insidentlə bağlı müzakirə aparmayacağıq”

Gürcüstan parlamentinin komissiya sədri: “Münasibətlərə kölgə salmamaq üçün Əliabad kəndindəki insidentlə bağlı müzakirə aparmayacağıq”
# 21 iyun 2007 08:56 (UTC +04:00)
“Azərbaycan və Gürcüstan arasındakı dostluq və qardaşlıq münasibətlərinə kölgə salmamaq üçün Əliabad kəndində baş vermiş insidentlə bağlı parlamentdə müzakirə aparmayacağıq”. Bu sözləri APA-nın Gürcüstan bürosuna açıqlamasında ölkə parlamentinin elm, təhsil, mədəniyyət və idman komissiyasının sədri Nodar Qriqalaşvili deyib. O bildirib ki, Qax-Balakən-Zaqatala zonasına səfər zamanı Gürcüstan təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti böyük qonaqpərvərliklə qarşılanıb: “Əliabad kəndində baş vermiş hadisə isə bəzi təxribatçıların işidir”. Komissiya sədri azərbaycanlı millət vəkillərinin hadisə ilə yaxından maraqlanacağına və lazımı tədbirlər görüləcəyinə inandığını söyləyib.
Qeyd edək ki, gürcü tərəfi təhsil naziri Aleksandr Lomayanın Qax-Balakən-Zaqatala zonasına səfəri zamanı onun Əliabad kəndində gürcü (ingiloy) şagirdlərlə görüşünə imkan verilmədiyini iddia edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR