Bank Of Baku

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Gürcüstanın Kvemo-Kartli bölgəsinin qubernatorunu qəbul edib

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Gürcüstanın Kvemo-Kartli bölgəsinin qubernatorunu qəbul edib
# 21 iyun 2007 09:56 (UTC +04:00)
Bu gün Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Gürcüstanın Kvemo-Kartli bölgəsinin qubernatoru Zurab Melikişvili ilə görüşüb. APA-nın məlumatına görə, görüş zamanı N. İbrahimov son vaxtlar Azərbaycan-Gürcüstan münasibətlərinin uğurla inkişaf etdiyini bildirib. Onun sözlərinə görə, bu görüşdən sonra Kvemo-Kartli bölgəsində yaşayan azərbaycanlıların problemləri dəqiqləşdiriləcək və həlli yolları müzakirə ediləcək. Azərbaycan dövlətinin Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı müəyyən planlarının olduğunu deyən N. İbrahimov qonağa onun köməyi ilə xeyli layihələr həyata keçiriləcəyini, yaşayış səviyyəsinin yüksəldilməsi istiqamətində birgə işlər görəcəklərini vurğulayıb. Rəhbərlik etdiyi quberniyada azərbaycanlıların problemlərinin olması etiraf edən Z. Melikişvili qarşılıqlı iş nəticəsində bunların aradan qaldırılacağını bildirib: “Bu problemlərin bəziləri köklü problemlərdir, bu problemlər əvvəllər də olub. Ancaq problemlərini həlli istiqamətində işlər görülür. Gürcüstanda yaşayan azərbaycanlıların problemlərin 80 faizi həllini tapıb. Artıq bu il yol problemi həll olunub, gələn il isə içməli su problemi həllini tapacaq. Bu sahədə ciddi işlər görülür”.
Qeyd edək ki, Z. Melikşvilinin rəhbərlik etdiyi nümayəndə heyətində qubernatorun müavini Azər Süleymanov, Rustavi şəhərinin meri David Nadaişvili və Marneuli bələdiyyəsinin sədri Eyvaz İsmayılov daxildir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR