Bank Of Baku

Zurab Melikişvili: “Gürcüstanda yaşayan azərbaycanlıların gürcü dilini bilməsi onların iş tapmasını asanlaşdıracaq”

Zurab Melikişvili: “Gürcüstanda yaşayan azərbaycanlıların gürcü dilini bilməsi onların iş tapmasını asanlaşdıracaq”
# 21 iyun 2007 10:13 (UTC +04:00)
“Gürcüstanda yaşayan azərbaycanlılar gürcü dilini öyrənirlər. Bu istiqamətdə tədrisi daha da artırmaq lazımdır, çünki bu onların gürcü cəmiyyətinə inteqrasiya etməsinə yardımçı olacaq”. Bu barədə jurnalistlərə açıqlamasında Gürcüstanın Kvemo-Kartli bölgəsinin qubernatoru Zurab Melikişvili deyib. Z. Melikişvili Gürcüstanın bütün dövlət strukturlarında gürcü dili işlənildiyi üçün azərbaycanlıların bu dili bilməsinin vacib olduğunu bildirib: “Azərbaycanlıların gürcü dilini bilməsi gələcəkdə onların iş tapmasını da asanlaşdıracaq. Onlar bu dili öyrənməyə məcbur edilmir, onların özlərinə lazımdır. Onlara bu məsələdə köməklik etməyə həmişə hazırıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR