Bank Of Baku

Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Tehran toplantısında yekun bəyannamə qəbul olunub

Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Tehran toplantısında yekun bəyannamə qəbul olunub
# 21 iyun 2007 10:13 (UTC +04:00)
Bəyannamədə nazirlərin Xəzərin hüquqi statusu ilə əlaqədar məsələlərin müzakirə olunduğu və son zamanlar bu istiqamətdə müəyyən irəliləyişlərin müşahidə olunduğu bildirilir. Xarici siyasət idarələrinin rəhbərləri Xəzərin Konvensiyasının hazırlanması istiqamətində müavinlər səviyyəsində görülən işi müsbət qiymətləndirib və prosesin davam etdirilməsinin zəruriliyini vurğulayıblar. Bəyannaməyə imza atan XİN başçıları hövzənin ekoloji problemlərinin həllini nəzərdə tutan Tehran Konvensiyasını müsbət dəyərləndirib və bu konvensiyaya əlavə protokolların işçi qrupları tərəfindən tez bir zamanda hazırlanmasını vacib sayıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR