Bank Of Baku

Əli Həsənov: “Həbsdə olan jurnalistlərin Milli Mətbuat Günündə azadlığa buraxılması mümkündür”

Əli Həsənov: “Həbsdə olan jurnalistlərin Milli Mətbuat Günündə azadlığa buraxılması mümkündür”
# 21 iyun 2007 10:58 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib. Problemlərin aradan qaldırılması üçün müzakirələrin aparılmasını aktual hesab edən Ə. Həsənov bu gün mətbuatın həddindən artıq siyasiləşdiyini qeyd edib. Onun sözlərinə görə, hər bir partiya öz ətrafına müəyyən mətbuat orqanı cəlb edib: “Əgər partiyalar bundan sonra mətbuatdan mətbuat kimi istifadə etmək qərarı versələr, o zaman mətbuat orqanları da həddindən artıq siyasiləşmədən, partiyaların tribunasına çevrilməkdən çıxaraq azad söz funksiyasını yerinə yetirməyə başlayacaq”. Ə. Həsənov mətbuatın problemlərinin həlli ilə bağlı hökumətlə media orqanları arasında dialoqun baş tutmasını da istisna etməyib: “Bu gün əsas ağırlığı Mətbuat Şurası və mətbuat ictimaiyyətinin üzərinə salmaq lazımdır. Dövlət üzərinə düşən missiyanı həyata keçirir. Dəfələrlə bəyan etmişik ki, dövlət azad sözün, azad mətbuatın qarantıdır. Amma dövlət heç bir vətəndaşa qadağa qoya bilməz ki, öz şərəf və ləyaqətini mətbuatdan qorumasın. Azad sözün qarantı deyəndə biz mətbuata qarşı qeyri-qanuni aksiyaları, basqıları, təzyiqləri nəzərdə tuturuq. Mətbuat qanun çərçivəsində işləməyi də yavaş-yavaş öyrənməlidir”. 22 iyul - mətbuat günü ərəfəsində həbsdə olan jurnalistlərin əfv olunması ehtimalına gəldikdə, Ə. Həsənov bunu mümkün sayıb: “Hər şey ola bilər. Hazırda biz situasiyanı araşdırırıq. İndiyə qədər məhkum olunmuş jurnalistlər dəfələrlə ölkə başçısı tərəfindən azad olunub, əfv edilib. Amma təəssüf ki, bu əfv siyasəti onların islahına, sonrakı fəaliyyətlərini qanuna əməl etmək üzərində qurmağa gətirib çıxarmayıb. Əksər hallarda jurnalistlər əfv olunmağı özlərinin qələbəsi kimi dəyərləndirirlər. Amma əfv olunmaq qələbə deyil. Bu insana doğru yola qayıtmaq üçün verilən imkandır”. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR