Bank Of Baku

Sergey Lavrov: “ABŞ İrandan təhlükə şübhəsindən Qəbələ radiolokasiya stansiyasının imkanlarından istifadə edərək çıxa bilər”

Sergey Lavrov: “ABŞ İrandan təhlükə şübhəsindən Qəbələ radiolokasiya stansiyasının imkanlarından istifadə edərək çıxa bilər”
# 21 iyun 2007 12:24 (UTC +04:00)
“Prezident Putin dəfələrlə qeyd edib ki, biz İran tərəfdən heç bir təhlükə görmürük. Dövlət başçısı bu fikri Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi məsləhətləşmələrdə də dəfələrlə vurğulayıb”. APA-nın məlumatına görə, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehranda keçirdiyi mətbuat konfransında səsləndirib. XİN başçısı bildirib ki, ABŞ-ın İrandan gözlənilən təhlükə bəhanəsi ilə Avropada raket hücumundan müdafiə kompleksi quraşdırmaq niyyətinin real əsası yoxdur: “Biz başa düşmürük ki, ABŞ Avropada raket hücumundan müdafiə kompleksi yerləşdirmək niyyətinə bəraət qazandırmaq üçün İran tərəfdən təhlükənin olması tezisindən istifadə edir. Biz dəfələrlə belə təhlükənin olmadığını göstərən faktlar, qiymətləndirmə, professional hesablamalar təqdim etmişik. Əgər ABŞ belə təhlükənin olduğunu ehtimal edirsə, öz şübhələrini Qəbələ radiolokasiya stansiyasına real vaxt rejimində daxil olan informasiyadan istifadə edərək aradan qaldırıla bilər. Mən bu barədə mövqeyimizi iranlı həmkarım Manuçöhr Mottaki və İran prezidenti Mahmud Əhmədinejada çatdırmışam. Fikrimcə, bizim izahatlar tam anlaşıqlıqla qəbul edilib”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR