Bank Of Baku

Ukraynalı deputat ölkənin Rusiyadan enerji asılılığının azaldılmasında Azərbaycana ümid edir

Ukraynalı deputat ölkənin Rusiyadan enerji asılılığının azaldılmasında Azərbaycana ümid edir
# 21 iyun 2007 12:40 (UTC +04:00)
“Azərbaycan Rusiya “iynə”sindən qurtulmaqda Ukraynaya kömək edəcək”. APA-nın Şərqi Avropa bürosunun məlumatına görə, bu açıqlama ilə “Bizzim Ukrayna” Partiyasının Şura üzvü, deputat Pavel Jebrivski çıxış edib. O bildirib ki, Odessa-Brodı-Qdansk neft kəmərinin işə düşməsi Ukraynanın enerji asılılığını azaltmağa imkan verəcək: “GUAM çərçivəsində əməkdaşlıq bu gün Ukraynanın enerji təminatının müxtəlifləşdirilməsi üçün qaynaqlardan biri hesab edilə bilər. Odessa-Brodı neft kəməri işə düşəndən sonra Ukrayna enerji sahəsində Rusiyadan daha az asılı olacaq”. Deputatın fikrincə, bu gün Kiyev faktiki olaraq Rusiyanın “neft iynəsinə oturub” və Ukrayna ilə digər ölkələrin xammal deyil, son məhsul almasında maraqlı olmaları üçün mümkün her şey edilir. P. Jebrivski buna misal olaraq Rusiyanın gömrük tariflərini artırmaq yolu ilə Ukraynanı benzin və digər hazır məhsullar almağa məcbur etmək istəyini göstərib. Onun fikrincə, Azərbaycan kimi təchizat qaynağı olarsa, Rusiyanın iştahı əhəmiyyətli dərəcədə azalacaq.
Qeyd edək ki, Ukrayna Nazirlər Kabineti ölkənin müvafiq nazirlik və şirkətlərinə 2008-ci ilin sonuna qədər Odessa-Brodı neft kəmərinin Plotsk şəhərinə qədər olan hissəsinin inşasına dair Ukrayna-Polşa hökumətlərarası sazişinin hazırlanması barədə göstəriş verib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR